04/05/2019

"Sumqayıt-2" gümüş medalları rəsmiləşdirdi


I Divizionda 25-ci turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu turda səfərdə "Zirə-2" ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 4:2 hesablı qələbə qazanıb. Beləliklə, sona 1 tur qalmış "Sumqayıt-2"-nin 2-ci pilləni tutması rəsmiləşib. Komandamız son turda "Şüvəlan"ı qəbul edəcək.

I Divizion, 25-ci tur
"Zirə-2" - "Sumqayıt-2" 2:4
Qollar:
Müşfiq İlyasov, 61; Vüsal Buludlu, 76 - Fərid Kərimzadə, 4, 12; Ülvi Əliyev, 8; Emin Zamanov, 41
Qırmızı vərəqə: Müşfiq İlyasov, 80.