03/05/2019

Kubokun nominal meydan sahibi müəyyənləşib


Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib. Peşəkar Futbol Liqasının inzibati binasında keçirilən püşkatmada meydan sahibi "Qəbələ", qonaq komanda isə "Sumqayıt" FK elan olunub.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 19 may tarixində Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.