02/05/2019

"Sumqayıt" - "Sabah" qarşılaşmasını Vüqar Həsənli idarə edəcək


Topaz Premyer Liqasında 27-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Sabah” qarşılaşmasını Vüqar Həsənli idarə edəcək. Cəmil Quliyev və Elşad Abdullayv yan xətlərdə Həsənliyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Elçin Məsiyev olacaq.
Bundan başqa, I divizionun 25-ci turu çərçivəsində keçiriləcək olan "Zirə-2" - "Sumqayıt-2" qarşılaşmasını Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Səbail” qarşılaşması 5 may, saat 20:00-da "Kapital Bank Arena"da, "Zirə-2" - "Sumqayıt-2" qarşılaşması isə 4 may, saat 15:00-da "AZAL Arena"da baş tutacaq.

Premyer Liqa, 27-ci tur
5 may (bazar)

“Sumqayıt” – “Sabah”
Hakimlər:
Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 20:00 (pfl.az, canlı)

I Divizion, 25-ci tur
4 may (şənbə)

“Zirə-2” - “Sumqayıt-2”
Hakimlər:
Kamal Umudlu, Elxan Əsgərzadə, Ruslan Quliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“AZAL Arena”, 15:00