27/04/2019

"Sumqayıt" FK səfərdə "Neftçi" üzərində əzmkar qələbə qazanıb


"Neftçi" - "Sumqayıt" 2:3
27 aprel 2019. Saat 19:00. “Bakcell Arena”, 1000 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Rahil Ramazanov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Sarı vərəqələr: Petru Raku, 21 (qeyri-idman hərəkəti); Soni Mustivar, 41 (qeyri-idman hərəkəti); Baqali Dabo, 90+3 (qeyri-idman hərəkəti) // Mehdi Cənnətov, 57 (oyunun bərpasını ləngitdiyinə görə); Şəhriyar Əliyev, 72 (hakimin qərarına etiraz); Nicat Qurbanov, 81 (qeyri-idman hərəkəti)
Qollar: Ruslan Abışov, 8; Baqali Dabo, 72 // Əmir Ağayev, 32; Ülvi İsgəndərov, 42; Murad Xaçayev, 77
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 5 dəq.

“Neftçi”
1. Səlahət Ağayev
15. Ruslan Abışov (k)
18. Tural Axundov
8. Emin Mahmudov
7. Namiq Ələsgərov
6. Qoran Paratski
(17. Rəhman Hacıyev, 85)
93. Soni Mustivar
(11. Vangelis Platellas, 59)
9. Baqali Dabo
16. Canluka Sansone
4. Petru Raku
(22. Mirabdulla Abbasov, 66)
26. Ömər Buludov

Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
21. Məhəmməd Mirzəbəyov
36. Mamadu Kane
33. Turan Vəlizadə
70. Əli Şirinov
95. Rəhman Daşdəmirov 

Baş məşqçi: Roberto Bordin

“Sumqayıt”

1. Mehdi Cənnətov
21. Arif Daşdəmirov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
17. Nicat Qurbanov
7. Cavid Tağıyev
(4. Şəhriyar Əliyev, 46)
34. Elvin Bədəlov
15. Əmir Ağayev
(18. Süleyman Əhmədov, 63)
70. Ülvi İsgəndərov
(10. Aleksey İsayev, 74)
77. Murad Xaçayev
25. Baxşəli Baxşəliyev 

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
22. Əfran İsmayılov
49. İbrahim Əliyev
6. Səbuhi Abdullazadə  

Baş məşqçi: Ayxan Abbasov

Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Neftçi" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Ayxan Abbasovun yetirmələri 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ı qəbul edəcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu səfər matçının çətin olacağını bilirdik. Çünki "Neftçi" çempionluğa oynayan komandadır. Ancaq, bizim durum da bəllidir, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız alışıb yanırdılar. Xüsusilə də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var. Bəlkə də bu 2 gün oyuna ən rahat hazırlaşdığımız günlərdən idi. Baxşəli Baxşəliyevin ilk oyunu idi. Futbolçularımızı təzyiq altında saxlamadıq. İlk hissədə taktiki tapşırıqlarımız yerinə yetirdik. Ancaq ikinci hissədə çətin anlar oldu, bəzi dəyişiklikləri etdik. Futbolçularıma həmişə inanmışam".