26/04/2019

“Sumqayıt-2” “Turan Tovuz”u böyük hesabla məğlub edib


I Divizionda 24-cü turun oyunları keçirilib. “Sumqayıt” FK-nın əvəzediciləri bu turda “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Turan Tovuz”u qəbul edib. Elbrus Məmmədovun yetirmələri 5:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, “Sumqayıt-2” növbəti turda səfərdə “Zirə-2” ilə qarşılaşacaq.

I Divizion, 24-cü tur
“Sumqayıt-2” – “Turan Tovuz” 5:1
Qollar:
Elvin İsmayılov, 36 (ö.q.); Yusif Cəfərov, 44; Məhəmməd Alıyev, 83 (p.), 88; Ricat Qarayev, 90+4 – Ravil Yusifli, 53.