24/04/2019

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Kamal Umudlu idarə edəcək


Topaz Premyer Liqasında 26-cı turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Neftçi" – “Sumqayıt” qarşılaşmasını Kamal Umudlu idarə edəcək. Mübariz Haşımov və Rahil Ramazanov yan xətlərdə Umudluya kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Vüqar Həsənli olacaq.
Bundan başqa, I divizionun 24-cü turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Turan Tovuz" qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.
Qeyd edək ki, "Neftçi" – “Sumqayıt” qarşılaşması 27 aprel, saat 19:00-da "Bakcell Arena"da, "Sumqayıt-2" - "Turan Tovuz" qarşılaşması isə 26 aprel, saat 15:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutacaq.

Premyer Liqa, 26-cı tur
27 aprel (şənbə)

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 19:00 (CBC Sport, canlı)

I Divizion, 24-cü tur
26 aprel (cümə)

“Sumqayıt-2” – “Turan Tovuz”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00