23/04/2019

"Sumqayıt" FK yarımfinal mərhələsinin ilk oyununda "Zirə" ilə heç-heçə edib


Azərbaycan Kuboku, 1/2 final mərhələsi, ilk oyun
"Sumqayıt" - "Zirə" 0:0

23 aprel 2019. saat 18:30. “Kapital Bank Arena”, 1100 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Nahid Əliyev
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Elvin Məmmədov, 32 (qeyri-idman hərəkəti) // Xulio Sezar Rodriqez, 25 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 46 (qeyri-idman hərəkəti)
Qollar: yoxdur
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 6 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
4. Şəhriyar Əliyev
99. Əli Babayev
(97. Xəyal Nəcəfov, 77)
60. Elvin Məmmədov
(15. Əmir Ağayev, 89)
10. Aleksey İsayev
22. Əfran İsmayılov (k)
(7. Cavid Tağıyev, 66)
5. Adil Nağıyev
34. Elvin Bədəlov
8. Peyman Babayi
74. Yusif Nəbiyev
18. Süleyman Əhmədov

Ehtiyat oyunçular:
12. Rəşad Əzizli
13. Aydın Bayramov
2. Rail Məlikov
17. Nicat Qurbanov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
49. İbrahim Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Zirə”
85. Kamal Bayramov (k)
2. İlkin Qırtımov
88. Tellur Mütəllimov
14. Bəxtiyar Həsənalızadə
27. Adrian Skarlatake
11. Dilan Duventru
23. Mfo Kqasvane
20. Fofana İsmael
(7. Pərdis Fərcad-Azad, 69)
18. Xulio Sezar Rodriqez
(10. Sadio Tounkara, 46)
48. Şafik Tiqrudja
(8. Kamal Mirzəyev, 88)
38. İlkin Muradov

Ehtiyat oyunçular:
62. Abdulla Seyidəhmədov
39. Sadiq Quliyev
6. Vüqar Mustafayev
77. Mirsahib Abbasov
26. Miloş Radivoyeviç
17. Robin Nqalande
3. Budaq Nəsirov
99. Rafael Məhərrəmli

Baş məşqçi: Samir Abasov

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Zirə"ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb (0:0). Qeyd edək ki, bu komandalar arasında keçiriləcək olan cavab qarşılaşması 1 may tarixində Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu oyuna çox ciddi hazırlaşmışdıq. Sevindiricidi ki, futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. Bu, ümumi mübarizənin ilk yarısı idi. Qarşıda bizi çempionatda da ağır mübarizə gözləyir. Bu gün hamıdan razı qaldım. Oyunçularıma və azarkeşlərimizə təşəkkürümü bildirirəm. İstəyərdim ki, Sumqayıt şəhəri final həyəcanı, sevincini yaşasın".