22/04/2019

"Sumqayıt" - "Zirə" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək


Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb. "Sumqayıt" - "Zirə" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Knyaz Əmiraslanov və Nahid Əliyev yan xətlərdə Bayramova kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Rövşən Rəcəbov olacaq. Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması 23 aprel, saat 18:30-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku, 1/2 final (ilk oyun)
23 aprel (çərşənbə axşamı)

“Sumqayıt” – “Zirə”
Hakimlər:
Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 18:30 (CBC Sport, canlı)