20/04/2019

Kapitan “Sumqayıt” FK-nın heyətində 150-ci oyununu keçirib


Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” qarşılaşması müdafiəçimiz Vurğun Hüseynov üçün əlamətdar olub. Belə ki, kapitanımız “Sumqayıt” FK-nın heyətində 150-ci oyununu keçirib. 2013-cü ildən komandamızın uğurları üçün çalışan Vurğun Hüseynovun komandamızda debütü 04.08.2013-cü il tarixində gerçəkləşib (“Sumqayıt” - “Xəzər Lənkəran” 1:1). Meydana çıxdığı qarşılaşmalarda 1 qol vuran kapitan komandamızın heyətində 150 və daha çox oyun keçirən 2-ci futbolçu olub.