19/04/2019

"Sumqayıt" - "Zirə" qarşılaşması saat 18:30-da start götürəcək


Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının başlama saatı müəyyənləşib. "Sumqayıt" - "Zirə" qarşılaşması aprelin 23-də "Kapital Bank Arena"da baş tutacaq və saat 18:30-da start götürəcək. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.