17/04/2019

"Sumqayıt-2" liderlə arasındakı xal fərqini 3-ə endirdi


I Divizionda 23-cü tura yekun vurulub. “Sumqayıt” FK-nın əvəzediciləri bu turda səfərdə “Kəpəz”lə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 3:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, “Sumqayıt-2” növbəti turda “Turan Tovuz”u qəbul edəcək.

I Divizion, 23-cü tur
“Kəpəz” – “Sumqayıt-2” 1:3
Qollar:
Fərid Məmmədov, 12 – Fərid Bayramov, 55 (ö.q.); Baxşəli Baxşəliyev, 76; İsmayıl Babayev, 84.