15/04/2019

"Sumqayıt" - "Səbail" qarşılaşmasını Vüqar Həsənli idarə edəcək


Topaz Premyer Liqasında 25-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Səbail” qarşılaşmasını Vüqar Həsənli idarə edəcək. Cəmil Quliyev və Pərvin Talıbov yan xətlərdə Həsənliyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Kamal Umudlu olacaq.
Bundan başqa, I divizionun 23-cü turu çərçivəsində keçiriləcək olan "Kəpəz" - "Sumqayıt-2" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Səbail” qarşılaşması 18 aprel, saat 16:45-də "Kapital Bank Arena"da, "Kəpəz" - "Sumqayıt-2" qarşılaşması isə 17 aprel, saat 15:00-da Gəncə şəhər stadionunda baş tutacaq.

Premyer Liqa, 25-ci tur
18 aprel (cümə axşamı)

“Sumqayıt” – “Səbail”
Hakimlər:
Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 16:45 (CBC Sport, canlı)

I Divizion, 23-cü tur
17 aprel (çərşənbə)

“Kəpəz”– “Sumqayıt-2”
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Elmin Süleymanov, Rəşad Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu, 15:00 (pfl.az, canlı)