15/04/2019

"Sumqayıt" - "Səbail" qarşılaşması saat 16:45-də start götürəcək


Topaz Premyer Liqasında 25-ci turun oyun cədvəli açıqlanıb. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Səbail" oyunu aprelin 18-də "Kapital Bank Arena"da baş tutacaq və 16:45-də start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.