12/04/2019

“Sumqayıt” Futbol Akademiyasında seleksiya işləri davam edir


Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Akademiyası seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir. Bu gün "Kapital Bank Arena"da seçimlərin növbəti mərhələsi keçirilib. Belə ki, 6-15 yaş futbolçular arasında keçirilən seleksiya toplanışında təxminən 20-yə yaxın futbolçu iştirak edib.
Qeyd edək ki, seçimlər hər həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 9:30-dan etibarən “Kapital Bank Arena”da keçirilir.

Əlaqələndirici şəxs: Ağamusa Bağırov (+994 55 511 49 52 / +994 50 663 00 86).