12/04/2019

“Sumqayıt” Futzal Məktəbinə seçimlər davam edir


Ötən həftə rəsmi açılışı olan “Sumqayıt” Futzal Məktəbində seçimlər davam edir. Dünən saat 18:00-da Sumqayıt Olimpiya Kompleksində keçirilən seleksiya məşqində 30-a yaxın gənc futzalçı iştirak edib.
Qeyd edək ki, futzal məktəbinə seçimlər hələ bir müddət davam edəcək. Məşqlər həftənin 1-ci və 4-cü günləri Sumqayıt Olimpiya Kompleksində baş tutacaq.

Əlaqələndirici şəxs: Baba Əsgərov (055)511-29-46