10/04/2019

"Sumqayıt" FK "Zirə" ilə oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 24-cü turunda səfərdə "Zirə" ilə qarşılaşacaq olan "Sumqayıt" FK oyunun hazırlıqlarını davam etdirir. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun köməkçi meydançasında növbəti məşqini keçirib. Qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov artıq məşqlərə başlayıb.
Təxminən 1,5 saat davam edən məşq prosesində topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 13 aprel, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.