10/04/2019

"Zirə" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 24-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Zirə" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Zeynal Zeynalov və Akif Əmirəli yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rauf Allahverdiyev olacaq.
Bundan başqa, I Divizionun 22-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Sabah-2" qarşılaşmasını isə Rauf Allahverdiyev idarə edəcək.
Qeyd edək ki, "Zirə" – “Sumqayıt” qarşılaşması 13 aprel, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda, "Sumqayıt-2" - "Sabah-2" qarşılaşması isə 11 aprel, saat 15:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutacaq.

Topaz Premyer Liqası, 24-cü tur
13 aprel (şənbə)

“Zirə” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 16:00 (CBC Sport, canlı)

I Divizion, 22-ci tur
11 aprel (cümə axşamı)

“Sumqayıt-2” – “Sabah-2”
Hakimlər:
Rauf Allahverdiyev, Vüqar Bayramov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00