09/04/2019

“Sumqayıt-2” “Sabah-2” ilə oyuna hazırlaşır


I Divizionun XXII turu çərçivəsində “Sabah-2”-ni qəbul edəcək olan “Sumqayıt” FK-nın əvəzediciləri hazırlıqlarını davam etdirir. Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında növbəti məşqini keçirib. Hazırlığa yüngül isinmə hərəkətləri ilə başlayan əvəzedicilər daha sonra isə topla müxtəlif hərəkətlər üzərində çalışıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, “Sumqayıt-2” – “Sabah-2” qarşılaşması 11 aprel, saat 15:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçiriləcək.