08/04/2019

"Zirə" - "Sumqayıt" qarşılaşması saat 16:00-da start götürəcək


Topaz Premyer Liqasında 24-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Zirə” – "Sumqayıt" oyunu aprelin 13-də Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq və 16:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.