04/04/2019

“Sumqayıt” FK “Keşlə” ilə oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 23-cü turunda “Keşlə”ni qəbul edəcək olan “Sumqayıt” FK hazırlıqlarını davam etdirir. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib. Zədəli olan Əfran İsmayılov hazırlıq prosesində iştirak etməyib.
1.5 saat davam edən məşqdə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” qarşılaşması 6 aprel, saat 16:00-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.