02/04/2019

"Sumqayıt" - "Keşlə" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 23-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Keşlə" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Vüqar Bayramov və Qəzənfər Məmmədov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rauf Cabbarov olacaq.
Bundan başqa, I Divizionun 21-ci turu çərçivəsində keçiriləcək olan "Qaradağ Lökbatan" - "Sumqayıt-2" qarşılaşmasını isə Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Keşlə” qarşılaşması 6 aprel, saat 16:00-da "Kapital Bank Arena"da, "Qaradağ Lökbatan" - "Sumqayıt-2" qarşılaşması isə 5 aprel, saat 15:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Premyer Liqa, 23-cü tur
6 aprel (şənbə)

“Sumqayıt” – “Keşlə”
Hakimlər:
Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabbarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 16:00 (CBC Sport, canlı)

I Divizion, 21-ci tur
5 aprel (cümə)

“Qaradağ Lökbatan” – “Sumqayıt-2”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Zöhrab Abbasov, Nahid Xasıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00