02/04/2019

“Sumqayıt” FK U-10 1/8 finalda “Araz Naxçıvan” ilə qarşılaşacaq


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda final mərhələsinin püşkatma mərasimi keçirilib. “Sumqayıt” FK-nın 10 yaşadək futbolçulardan ibarət komandası 1/8 final mərhələsində “Araz Naxçıvan”la qarşılaşacaq. Qeyd edək ki, cütün qalibi 1/4 final mərhələsində “Qarabağ” – “Mil Muğan” görüşünün qalibi ilə üz-üzə gələcək.