01/04/2019

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb


"Sumqayıt" - "Qarabağ" 0:6
1 aprel 2019. Saat 18:30. “Kapital Bank Arena”, 2000 tamaşaçı
Baş hakim:
Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Əli Cəbrayılov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Şəhriyar Əliyev, 82 (qeyri-idman hərəkəti) // Markos Madeyra, 35 (hakimin qərarına etiraz)
Qollar: Dani Kintana, 17; Mahir Mədətov, 21, 40; Filip Ozobiç, 51; Abdulla Zubir, 78, 84
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Sumqayıt”
12. Rəşad Əzizli
4. Şəhriyar Əliyev
21. Arif Daşdəmirov
99. Əli Babayev
60. Elvin Məmmədov (k)
10. Aleksey İsayev
7. Cavid Tağıyev
(15. Əmir Ağayev, 60)
5. Adil Nağıyev
34. Elvin Bədəlov
8. Peyman Babayi
(70. Ülvi İsgəndərov, 60)
9. Ehtiram Şahverdiyev
(97. Xəyal Nəcəfov, 75)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
2. Rail Məlikov
3. Vurğun Hüseynov
74. Yusif Nəbiyev
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
49. İbrahim Əliyev
20. Rüfət Abdullazadə
6. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
13. Vaqner da Silva
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
(4. Rahil Məmmədov, 81)
5. Maksim Medvedev
20. Riçard Almeyda
(2. Qara Qarayev, 68)
17. Abdullah Zubir
77. Donald Gerye
19. Filip Ozobiç
8. Markos Madeyra
(6. Simeon Slavçev, 75)
10. Dani Kintana
11. Mahir Mədətov

Ehtiyat oyunçular:
12. Şahruddin Məhəmmədəliyev
94. Nicat Mehbalıyev
30. Abbas Hüseynov
9. Araz Abdullayev
7. İnnosent Emeqara
99. Reynaldo Silva
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edib. Aprel zəfərinin ildönümü ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasının himni ilə meydana daxil olan komandalar həmin döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə meydana çıxıb. Bu günlə əlaqədar olaraq, stadionda Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Qeyd edək ki, qarşılaşma 0:6 hesabı ilə başa çatıb. Komandamız növbəti turda "Keşlə"ni qəbul edəcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyuna pis başlamamışdıq. Ancaq ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji planda kökləmək çətin idi. Əlbəttə, çempionatın elə vaxtıdı, mövqeyimiz elədi ki, günü-gündən təzyiq altındayıq. Vaxt da azdı. Artıq 5 gün sonra "Keşlə"ylə matçımız var və buna hazırlaşmalıyıq".