28/03/2019

“Sumqayıt-2”-dən əzmkar qələbə


I Divizionda 20-ci tura start verilib. “Sumqayıt” FK-nın əvəzediciləri bu turda “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Zaqatala”nı qəbul edib. İlk hissəni 10 nəfərlə və məğlub başa vuran Elbrus Məmmədovun yetirmələri İbrahim Əliyevin het-triki sayəsində 3:2 hesablı qələbə qazanmağa nail olub. Qeyd edək ki, komandamız növbəti turda “Qaradağ Lökbatan”ın qonağı olacaq.

I Divizion, XX tur
“Sumqayıt-2” – “Zaqatala” 3:2
Qollar:
İbrahim Əliyev, 19; 75; 83 – Cavad Kazımov, 5 (p.); Maqsud Ələkbərov, 24.