28/03/2019

"Sumqayıt" Futbol Akademiyasına Hakan Sünal rəhbərlik edəcək


“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Belə ki, bu vəzifəni Hakan Sünal icra edəcək. Bununla əlaqədar olaraq, 29 mart, saat 13:00-da “Kapital Bank Arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək. Təqdimata bütün KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.