26/03/2019

"Sumqayıt" - "Qarabağ" qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək


Topaz Premyer Liqasında 22-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Qarabağ" qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Vüqar Bayramov və Əli Cəbrayılov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Kamal Umudlu olacaq.
Bundan başqa, I Divizionun 20-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Zaqatala" qarşılaşmasını isə Səbuhi Bayramov idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Qarabağ” qarşılaşması 1 aprel, saat 18:30-da "Kapital Bank Arena"da, "Sumqayıt-2" - "Zaqatala" qarşılaşması isə 28 mart, saat 15:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutacaq.

Topaz Premyer Liqası, XXII tur
1 aprel (bazar ertəsi)

“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30 (CBC Sport, canlı)

I Divizion, XX tur
28 mart (cümə axşamı)

“Sumqayıt-2” – “Zaqatala”
Hakimlər:
Səbuhi Bayramov, Eyyub İbrahimov, Elman Kərimov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00