24/03/2019

"Sumqayıt" Futbol Akademiyasında seçim günləri davam edir


“Sumqayıt” Futbol Klubunun akademiyasına 6-15 yaş arası futbolçuların seleksiyası davam edir. Artıq sabahdan etibarən seçimlərin 2-ci mərhələsinə start veriləcək. Belə ki, seçimlər həftənin 1-ci, 3-cü və 5-ci günləri "Kapital Bank Arena"da, saat 9:30-dan etibarən keçiriləcək. Seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt" FK-nın akademiyasına cəlb olunacaq.

Əlaqələndirici şəxs: Ağamusa Bağırov (+994 55 511 49 52 / +994 50 663 00 86).