23/03/2019

"Sumqayıt-2" yoxlama oyununda "Uğur"u məğlub edib


I Divizionda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK-nın əvəzediciləri yoxlama oyunu keçirib. Komandamız "Kapital Bank Arena"nın köməkçi meydançasında Region Liqası təmsilçisi "Uğur"u qəbul edib. Elbrus Məmmədovun yetirmələri 4:3 hesablı qələbə qazanıb. "Sumqayıt-2"-nin heyətində Yusif Cəfərov, Atilla Yıldırım, Elvin Nəsibov və Qara Qarayev fərqləniblər.

Yoxlama oyunu
"Sumqayıt-2" - "Uğur" 4:3
Qollar:
Yusif Cəfərov; Atilla Yıldırım; Elvin Nəsibov; Qara Qarayev.