22/03/2019

"Sumqayıt" FK məşqlərini davam etdirir


Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə baxmayaraq, "Sumqayıt" FK hazırlıqlarını davam etdirir. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib.
Zədəli olan Aleksey İsayev və Əfran İsmayılov məşqdə iştirak etməyib. Əmir Ağayev isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa "Sumqayıt-2"-dən İbrahim Novruzov, Emin Zamanov, İbrahim Əliyev və U-17 komandamızın üzvü Cavidan Abbaszadə əsas komanda ilə birlikdə çalışıb.
1,5 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" FK yoxlama görüşü çərçivəsində martın 25-i "Qəbələ" ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.