16/03/2019

"Sumqayıt" Futbol Akademiyasında seçim günləri davam edir


Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Akademiyası seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir. Dünən "Kapital Bank Arena"da seçimlərin növbəti mərhələsi keçirilib. Belə ki, 6-15 yaş futbolçular arasında keçirilən seleksiya toplanışında təxminən 50-ə yaxın futbolçu iştirak edib. Seleksiya prosesi hələ bir müddət davam edəcək.