15/03/2019

"Sumqayıt" FK səfərdə "Sabah"la heç-heçə edib


"Sabah" - "Sumqayıt" 1:1
15 mart 2019. Saat 16:00. “Əlincə Arena”, 1000 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Cavanşir Yusifov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Marko Deviç, 28 (hakimin qərarına etiraz etdiyinə görə), 29 (hakimin qərarına etiraz etdiyinə görə); Coşqun Diniyev, 43 (hakimin qərarına etiraz etdiyinə görə); Erik Ramos, 82 (qeyri-idman hərəkəti) // Əli Babayev, 14 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 17 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 32 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 45+1 (qeyri-idman hərəkəti); Atilla Yıldırım, 82 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Marko Deviç, 29
Qollar: Rəşad Eyubov, 77 // Elvin Məmmədov, 40
Qolla nəticələnməyən penalti: Cavid İmamverdiyev, 33
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

“Sabah”
30. Saşa Stamenkoviç
5. Kərim Diniyev
91. Coşqun Diniyev
(19. Məqsəd İsayev, 90)
17. Təmkin Xəlilzadə
7. Rəşad Eyubov
10. Cavid İmamverdiyev (k)
13. Filip İvanoviç
25. Vanderson Silva
15. Erik Ramos
9. Marko Deviç
11. Elgün Nəbiyev
(33. Eltun Turabov, 90+3)

Ehtiyat oyunçular:
1. Tərlan Əhmədli
21. Novruz Məmmədov
6. Vadim Abdullayev
4. Tərzin Cahangirov
27. Bəxtiyar Soltanov
22. Miloş Bosançiç
88. Elçin Əsədov
42. Reza Biqdelo

Baş məşqçi: Elşad Əhmədov

“Sumqayıt”
12. Rəşad Əzizli
21. Arif Daşdəmirov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
60. Elvin Məmmədov
10. Aleksey İsayev
17. Nicat Qurbanov
(22. Əfran İsmayılov, 46)
(9. Ehtiram Şahverdiyev, 75)
5. Adil Nağıyev
8. Peyman Babayi
(11. Atilla Yıldırım, 62)
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
7. Cavid Tağıyev
34. Elvin Bədəlov
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov

Məşqçi: Elnur Çodarov

Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda səfərdə "Sabah"la qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, komandamız növbəti turda "Qarabağ"ı qəbul edəcək.
Elnur Çodarov ("Sumqayıt" FK-nın məşqçisi): "Oyun haqda danışılası bir şey yoxdu. Ən zəif oyunumuzu oynadıq. Bundan nəticə çıxarmaq lazımdı. Sevindirici haldır ki, belə oyunla 1 xal qazandıq".