14/03/2019

3 futbolçumuz U-21 millidə!


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Bakıda təlim-məşq toplanışı olacaq. Toplanış zamanı U-21 martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. “Sumqayıt” FK-nın 3 futbolçusu adıçəkilən qarşılaşmalarda iştirak etmək üçün milli komandaya cəlb olunub. Belə ki, Baxşəli Baxşəliyev, Süleyman Əhmədov və Ricat Qarayev martın 16-dan 26-dək baş tutacaq toplanışa dəvət alıb.