13/03/2019

"Sumqayıt-2" səfərdə "Neftçi-2"-ni məğlub edib


I Divizionda 19-cu tura start verilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu turda səfərdə "Neftçi-2" ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt-2" növbəti turda "Zaqatala"nı qəbul edəcək.

I Divizion, XIX tur
"Neftçi-2" - "Sumqayıt-2" 1:2
Qollar:
Vüsal Əsgərov, 16 - Elvin Nəsibov, 8; İbrahim Əliyev, 47.