13/03/2019

Əli Babayev və Aleksey İsayev A millidə!


Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Adıçəkilən oyunlar üçün nəzərdə tutulan heyətdə "Sumqayıt" FK-nın 2 futbolçusu yer alıb. Belə ki, Aleksey İsayev və Əli Babayev Xorvatiya və Litva ilə oyunlar üçün A millinin heyətinə dəvət alıb.