12/03/2019

“Sumqayıt” FK “Sabah”la oyunun hazırlıqlarına start verdi


Premyer Liqanın 21-ci turunda səfərdə “Sabah”la qarşılaşacaq olan “Sumqayıt” FK məşqləri bərpa edib. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”da məşqə çıxıb. Zədəsini sağaldan Şəhriyar Əliyev artıq kollektivlə birlikdə çalışmağa başlayıb. Bərpa məşqi keçən Əmir Ağayev isə yüngül qaçışla kifayətlənib.
Təxminən 1.5 saat davam edən məşqdə əsasən fiziki gücün artırılması və müxtəlif toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, “Sabah” – “Sumqayıt” qarşılaşması 15 mart, saat 16:00-da “Əlincə Arena”da keçiriləcək.