12/03/2019

"Sabah" - "Sumqayıt" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 21-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sabah" - "Sumqayıt" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Knyaz Əmiraslanov və Cavanşir Yusifov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Vüqar Həsənli olacaq.
Bundan başqa, I Divizionun 19-cu turu çərçivəsində keçiriləcək olan "Neftçi-2" - "Sumqayıt-2" qarşılaşmasını isə Rəhim Həsənov idarə edəcək.
Qeyd edək ki, "Sabah" – “Sumqayıt” qarşılaşması 15 mart, saat 16:00-da "Əlincə Arena"da, "Neftçi-2" - "Sumqayıt-2" qarşılaşması isə 13 mart, saat 15:00-da "ASK Arena" keçiriləcək.

Premyer Liqa, XXI tur
15 mart (cümə)

“Sabah” – “Sumqayıt”
Hakimlər:
Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Əlincə Arena”, 16:00

I Divizion
13 mart (çərşənbə)

“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər:
Rəhim Həsənov, Rza Məmmədov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”, 15:00