11/03/2019

“Sumqayıt” Futbol Akademiyasında seçimlər davam edəcək


“Sumqayıt” Futbol Klubunun akademiyasına 8-15 yaş arası futbolçuların seleksiyası davam edir. Ötən həftədən start götürən seçimlər hər həftənin 1, 3 və 5-ci günləri, saat 09:00-dan 11:00-a qədər “Kapital Bank Arena”da, şənbə günləri isə Sumqayıt Olimpiya Kompleksinin meydançasında saat 17:00-dan etibarən keçiriləcək. Seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt" FK-nın akademiyasına cəlb olunacaq.

Əlaqələndirici şəxslər: Ağamusa Bağırov (+994 55 511 49 52 / +994 50 663 00 86);
                                    Orxan Abdullayev (+994 55 787 37 36)