10/03/2019

"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb


"Sumqayıt" - "Neftçi" 1:2
10 mart 2019. Saat 16:30. “Kapital Bank Arena”, 2000 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Sarı vərəqələr: Peyman Babayi, 65 (qeyri-idman hərəkəti); Rail Məlikov, 72 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 83 (icazəsiz meydana daxil olduğuna görə); Əli Babayev, 84 (hakimin qərarına etiraz) // Baqali Dabo, 19 (hakimi aldatmağa cəhd); Mamadu Kane, 29 (qeyri-idman hərəkəti); Vangelis Platellas, 57 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 75 (qeyri-idman hərəkəti); Kiril Petrov, 76 (qeyri-idman hərəkəti); Əli Şirinov, 87 (icazəsiz meydana daxil olduğuna görə); Canluka Sansone, 89 (qeyri-idman hərəkəti); Namiq Ələsgərov, 90+3 (hakimi aldatmağa cəhd)
Qırmızı vərəqə: Mehdi Cənnətov, 77 (rəqibə əl ilə zərbə vurduğuna görə)
Qollar: Peyman Babayi, 26 // Mamadu Mbodj, 76; Ömər Buludov, 87
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 7 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov
(17. Nicat Qurbanov, 90)
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
60. Elvin Məmmədov
10. Aleksey İsayev
22. Əfran İsmayılov
(12. Rəşad Əzizli, 79)
5. Adil Nağıyev
8. Peyman Babayi
9. Ehtiram Şahverdiyev
(34. Elvin Bədəlov, 64)
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
21. Arif Daşdəmirov
7. Cavid Tağıyev
11. Atilla Yıldırım
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
49. İbrahim Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”
1. Səlahət Ağayev
18. Tural Axundov
8. Emin Mahmudov (k)
7. Namiq Ələsgərov
25. Kiril Petrov
9. Baqali Dabo
3. Mamadu Mbodj
36. Mamadu Kane
(6. Qoran Paratski, 87)
11. Vangelis Platellas
(22. Mirabdulla Abbasov, 68)
16. Canluka Sansone
(5. Anton Krivotsyuk, 90)
26. Ömər Buludov

Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
15. Ruslan Abışov
4. Petru Raku
33. Turan Vəlizadə
70. Əli Şirinov

Baş məşqçi: Roberto Bordin

Topaz Premyer Liqasında 20-ci tura yekun vurulub. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Komandamız 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, Ayxan Abbasovun yetirmələri növbəti turda "Sabah"ın qonağı olacaq.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Danışmaq mənə çətindi. Üzürlü sayın. Futbolçularımı təbrik edirəm. İlk növbədə xarakterə görə. İkinci hissədə hava şəraiti də oyuna təsrini göstərdi. Ancaq bütün tapşırıqlarımı yerinə yetirdilər. Hər şey normaldı".