09/03/2019

“Sumqayıt” Futbol Akademiyasında seçimlərə start verilib


Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Klubunun akademiyası seleksiya xarakterli təlim-məşq toplanışlarına başlayıb. Bu gün Sumqayıt Olimpiya Kompleksində toplanışa start verilib. İlk seçim gündə 8-15 yaş arası 60-a yaxın futbolçu namizədləri iştirak edib. Qeyd edək ki, seleksiya işləri hələ bir müddət davam edəcək. Seçimlər “Kapital Bank Arena” ilə yanaşı, şəhərimizin müxtəlif ərazilərində keçiriləcək.

Əlaqələndirici şəxs: Ağamusa Bağırov (+994 55 511 49 52 / +994 50 663 00 86)