09/03/2019

"Sumqayıt" FK "Neftçi" ilə oyunun hazırlıqlarını yekunlaşdırdı


Premyer Liqanın 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq olan “Sumqayıt” FK artıq oyunun hazırlıqlarını başa vurub. Komandamız “Dalğa Arena”nın ehtiyat meydançasında son məşqini keçirib. Zədəli olan Şəhriyar Əliyev və Əmir Ağayev məşqdə iştirak etməyib. Qeyd edək ki, Ağayev 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
1 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Nəzərinizə çatdıraq ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 10 mart, saat 16:30-da “Kapital Bank Arena”da keçiriləcək.