07/03/2019

"Sumqayıt-2" MOİK-lə qarşılaşıb


I Divizionda 18-ci tura start verilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu turda "Kapital Bank Arena"da MOİK-i qəbul edib. Komandamız 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, Elbrus Məmmədovun yetirmələri növbəti turda "Neftçi-2"-nin qonağı olacaq.

I Divizion, XVIII tur
"Sumqayıt-2" - MOİK" 1:2
Qollar:
Elvin Nəsibov, 76 - İbrahim Qədirzadə, 54; Raul Yaqubzadə, 87 (p.).