06/03/2019

"Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək


Topaz Premyer Liqasında 20-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək. Vüqar Bayramov və Qəzənfər Məmmədov yan xətlərdə Əhmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Nicat İsmayıllı olacaq.
Bundan başqa, I Divizionun 18-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - MOİK qarşılaşmasını isə Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Neftçi” qarşılaşması 10 mart, saat 16:30-da, "Sumqayıt-2" - MOİK qarşılaşması isə 7 mart, saat 15:00-da keçiriləcək. "Kapital Bank Arena"da baş tutacaq hər iki görüş CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Premyer Liqa, XX tur
10 mart (bazar)

“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Kapital Bank Arena”, 16:30 (CBC Sport, canlı)

I Divizion, XVIII tur
7 mart (cümə axşamı)

“Sumqayıt-2” –MOİK
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Səbuhi Əmrahov, Ziya Nəsirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 15:00 (CBC Sport, canlı)