05/03/2019

“Sumqayıt” Futbol Akademiyasına seleksiya günləri başlayır


“Sumqayıt” Futbol Klubunun akademiyasına 8-15 yaş arası futbolçuların seçiminə start verilir. Martın 9-dan etibarən başlayacaq seleksiyanın ilk günü saat 17:00-da Sumqayıt şəhər Olimpiya İdman Kompleksində keçiriləcək. Seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt" FK-nın akademiyasına cəlb olunacaq.

Əlaqələndirici şəxslər: Ağamusa Bağırov (+994 55 511 49 52 / +994 50 663 00 86);
                                    Orxan Abdullayev (+994 55 787 37 36)