25/02/2019

"Səbail" - "Sumqayıt" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək


Topaz Premyer Liqasında 19-cu turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Səbail" - "Sumqayıt" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Yaşar Abbasov və Müslüm Əliyev yan xətlərdə Bayramova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ziya Nəsirov olacaq.
Bundan başqa, I Divizionun 17-ci turu çərçivəsində keçiriləcək olan "Qarabağ-2" - "Sumqayıt-2" qarşılaşmasını isə Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, "Səbail" – “Sumqayıt” qarşılaşması 2 mart, saat 16:00-da "Bayıl Arena"da, "Qarabağ-2" - "Sumqayıt-2" qarşılaşması isə 28 fevral, saat 15:00-da "Azersun Arena"da baş tutacaq.

Topaz Premyer Liqası, XIX tur
2 mart (şənbə)

“Səbail” – “Sumqayıt”
Hakimlər:
Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”, 16:00 (CBC Sport, canlı)

I Divizion, XVII tur
28 fevral (cümə axşamı)

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər:
Rəşad Əhmədov, Vüqar Bayramov, Taleh Məmmədov, Orxan Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”, 15:00