25/02/2019

Elvin Məmmədov 300-cü oyununu keçirib


Topaz Premyer Liqasının 18-ci turunda keçirilən “Sumqayıt” – “Zirə” matçı futbolçumuz Elvin Məmmədov üçün əlamətdar olub. Belə ki, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununa çıxıb. Qeyd edək ki, Elvin Məmmədov ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub. (pfl.az)