24/02/2019

"Sumqayıt" FK "Zirə" ilə qarşılaşıb


"Sumqayıt" - "Zirə" 0:1
24 fevral 2019. Saat 18:30. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Adil Nağıyev, 83 (qeyri-idman hərəkəti); Əli Babayev, 90+4 (hakimin qərarına etiraz)
Qollar: Mfo Kqasvane, 23
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov
(17. Nicat Qurbanov, 76)
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
60. Elvin Məmmədov
10. Aleksey İsayev
22. Əfran İsmayılov
(11. Atilla Yıldırım, 71)
7. Cavid Tağıyev
(8. Peyman Babayi, 46)
5. Adil Nağıyev
9. Ehtiram Şahverdiyev
18. Süleyman Əhmədov

Ehtiyat oyunçular:
12. Rəşad Əzizli
13. Aydın Bayramov
21. Arif Daşdəmirov
34. Elvin Bədəlov
15. Əmir Ağayev
70. Ülvi İsgəndərov
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov
77. Murad Xaçayev

Baş məşqçi: Ayxan Abbasov

“Zirə”
85. Kamal Bayramov (k)
2. İlkin Qırtımov
6. Vüqar Mustafayev
88. Tellur Mütəllimov
14. Bəxtiyar Həsənalızadə
27. Adrian Skarlatake
11. Dilan Duventru
17. Robin Nqalande
(10. Sadio Tounkara, 46)
23. Mfo Kqasvane
(9. Aleksandr Dedov, 66)
20. İsmael Fofana
(18. Xulio Sezar Rodriqez, 79)
38. İlkin Muradov

Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
39. Sadiq Quliyev
8. Kamal Mirzəyev
26. Miloş Radivoyeviç
91. Bilal Həmdi
3. Budaq Nədirov
99. Rafael Məhərrəmli

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da "Zirə"ni qəbul edib. Komandamız 0:1 hesabı ilə məğlub olub. Qeyd edək ki, Ayxan Abbasovun yetirmələri növbəti turda "Səbail"in qonağı olacaq.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Üzgünük. Azarkeşlərimizdən üzr istəyirik. İki fərqli hissə izlədik. Bir sıra futbolçularda həyəcan var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Ancaq qalib gəlmək istəyirsənsə, qol vurmalısan. Ancaq bu duruma düşən özümüzük. Futbolçulara da bildirdim ki, daha çox çalışmalıyıq ki, bu durumdan çıxaq".