21/02/2019

“Sumqayıt-2” “Ağsu”nu böyük hesabla məğlub edib


I Divizionda 16-cı tura start verilib. “Sumqayıt” FK-nın əvəzediciləri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Ağsu”nu qəbul edib. Elbrus Məmmədovun yetirmələri 5:0 hesablı qələbə qazanıb. Məhəmməd Alıyevin het-trik etdiyi qarşılaşmada İbrahim Əliyev və Qara Qarayev hərəyə bir dəfə rəqib qapısına yol tapıb. Qeyd edək ki, “Sumqayıt-2” növbəti turda “Qarabağ-2”nin qonağı olacaq.

I Divizion, XVI tur
“Sumqayıt-2” – “Ağsu” 5:0
Qollar:
Məhəmməd Alıyev, 5; 17; 34; İbrahim Əliyev, 67; Qara Qarayev, 83.