18/02/2019

"Sumqayıt" - "Zirə" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 18-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Zirə" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Akif Əmirəli yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Vüqar Həsənli olacaq.
Bundan başqa, I Divizionun 16-cı turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Ağsu" qarşılaşmasını isə Səbuhi Bayramov idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Zirə” qarşılaşması 24 fevral, saat 18:30-da "Kapital Bank Arena"da, "Sumqayıt-2" - "Ağsu" qarşılaşması isə 21 fevral, saat 15:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutacaq.

Topaz Premyer Liqası, XVIII tur

24 fevral (bazar)
“Sumqayıt” – “Zirə”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30 (CBC Sport, canlı)

I Divizion, XVI tur

21 fevral (cümə axşamı)
“Sumqayıt-2” – “Ağsu”
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Səbuhi Soltanov, Nahid Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00