16/02/2019

"Sumqayıt" FK səfərdə "Keşlə" ilə qarşılaşıb


"Keşlə" - "Sumqayıt" 2:1
16 fevral 2019. Saat 15:00. “ASK Arena”, 500 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Pərvin Talıbov
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov 
Sarı vərəqələr: Azər Salahlı, 38 (qeyri-idman hərəkəti); Nikola Mitroviç, 50 (hakimin qərarına etiraz); Conatan Ayite, 90+1 (qeyri-idman hərəkəti) // Əmir Ağayev, 22 (hakimin qərarına etiraz)
Qollar: Amil Yunanov, 28; Nikola Mitroviç, 90+1 (p.) // Əfran İsmayılov, 72
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

Qeyd: Görüşün baş hakimi Rauf Cabarov zədələndiyi üçün fasilədən sonra oyunun 4-cü hakimi Rauf Allahverdiyev baş hakim funksiyasını yerinə yetirib.

“Keşlə”
1. Kamran Ağayev (k)
19. Azər Salahlı
4. Slavik Alxasov
9. Amil Yunanov
93. Edvinas Girdvainis
(23. Conatan Ayite, 87)
3. Denis Silva
22. Nikola Mitroviç
17. Samir Məsimov
25. Con Kamara
21. Angelo Pena
(32. Valeri Kutsenko, 68)
65. Cabir Əmirli

Ehtiyat oyunçular:
30. Davud Kərimi
18. Ruslan Əmircanov
33. Tərlan Quliyev
8. Seymur Əsədov
14. Andre Klennon
2. Sərtan Taşqın
91. Nurlan Quliyev

Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”
 
1. Mehdi Cənnətov
21. Arif Daşdəmirov
2. Rail Məlikov
(60. Elvin Məmmədov, 58)
3. Vurğun Hüseynov (k)
10. Aleksey İsayev
22. Əfran İsmayılov
5. Adil Nağıyev
11. Atilla Yıldırım
(17. Nicat Qurbanov, 79)
15. Əmir Ağayev
(7. Cavid Tağıyev, 58)
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
12. Rəşad Əzizli
34. Elvin Bədəlov
9. Ehtiram Şahverdiyev
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov

Baş məşqçi: Ayxan Abbasov

Topaz Premyer Liqasında 17-ci tura start verilib. "Sumqayıt" FK bu turda səfərdə "Keşlə" ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"ni qəbul edəcək.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, məğlubiyyət pis təsir edəcək. Azarkeşlər qarşısında cavab vermək çətin olur. Onlar qələbə, nəticə istəyirlər. Bizim də səhvlərimiz var. Amma, yenə də futbolçularıma inanıram".