19/03/2012

U-11 qələbə qazanıb, U-17 isə heç-heçə edib, U-16 isə...


“Azercell U-17 Liqası”nda növbəti turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası “Kəpəz”lə 3:3 hesablı heç-heçəyə imza atıb. Komandamızdan qolları Şəmsi Əlisoylu (2) və Xəqan Məmmədli vurub.

U-16 komandamız isə “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olub.

U-11 Liqasında mübarizə aparan 11 yaşadək futbolçulardan ibarət komandamız isə UGİM üzərində 4:0 hesabı ilə qələbə qazanıb. Samir Mehdizadə, Vüsal Buludlu, Tural Bayramlı və Elçin Vəzirov fərqlənib. Bu qələbədən sonra U-11 Şimal bölgəsinin qalibi adını qazanıb.